330x110
 

Nazirlik 10 avtomobili özəlləşdirdi - Hərrac keçirildi

28.07.2021,15:59


28 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün təşkil etdiyi hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə ABC.AZ-a nazirlikdən bildirilib.

Məlumata görə, nəqliyyat vasitələri üzrə ümumulikdə 29 sifariş qeydə alınıb. Sifarişçilərdən 3-ü hərraca olduğu məkandan elektron formada qoşulub.

Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3BLq2yg)