"Bakı Dəmir Beton - 8" ötən ili zərərlə işləyib

10:10 - 29.07.2021


29 iyul, Fineko/abc.az. "Bakı Dəmir Beton - 8" ASC 2020-ci ili 495 manat xalis zərər ilə başa vurub.

ABC.AZ-ın məlumatına görə, şirkət 2019-cu ili 4816 manat xalis mənfəət ilə bağlamışdı.

Şirkətin 2019-cu ildə 613 min manat təşkil etmiş əssas əməliyyat gəliri 2020-ci ildə 63 min manata düşüb.

Ötən il ASC-nin 608 min 136 manat cəmi gəlirlərinə qarşılıq cəmi xərcləri 608 min 631 manat təşkil edib.

 

Bütün xəbərlər