Ermənistan atəşkəsi yenə pozdu - Nazirlik məlumat yaydı

10:23 - 29.07.2021


29 iyul, Fineko/abc.az. Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

ABC.AZ xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, dünən Rusiya tərəfinin təklifi ilə saat 10:00-dan atəşkəs elan edilmişdi.

 

Bütün xəbərlər