330x110
 

5 iri dövlət şirkəti maliyyə hesabatını açıqlayıb

29.07.2021,12:00


29 iyul, Fineko/abc.az. Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən 13 iri dövlət şirkətinin – açıq və qapalı səhmdar cəmiyyətlərinin 8-i 2020-ci il üzrə maliyyə hesabatını açıqlamayıb.

ABC.AZ-ın Report-un məlumatına görə, söhbət “Azərbaycan Sənaye Korporasiyası”, “Azərxalça”, “Azəristiliktəchizat” və “Azərkontrakt” ASC-lərdən, eləcə də “AzerGold”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən gedir.

Qalan 5 iri dövlət şirkəti – “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq” və “Azərsu” ASC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ötən ilin maliyyə hesabatını verib.

Bunlardan isə “Azərenerji” və “Azərsu” 2020-ci ili zərərlə, qalanları isə mənfəətlə başa vurub.