Beynəlxalq Bank hesabat yaydı - Xalis mənfəəti artıb

12:11 - 29.07.2021


29 iyul, Fineko/abc.az. Aktivlərinin həcmi daxil bir sıra göstəricilər üzrə Azərbaycanın ən böyük bankı olan ABB (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 148 milyon 150 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ xəbər verir ki, halbuki, ABB ötən ilin eyni dövrünü 118 milyon 479 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında ABB-nin xalis mənfəəti 29 milyon 671 min manat və ya 25% artıb.

ABB 2021-ci ilin 1-ci rübünü (yanvar-mart dövrünü) 32 milyon 395 min manat xalis mənfəətlə bağlamışdı.

Bankın maliyyə hesabatlarında qeyd olunub ki, 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında ABB-nin faiz gəlirləri 13 milyon 204 min manat və ya 6,5% artaraq 215 milyon 429 min manat, qeyri-faiz gəlirləri isə 38 milyon 924 min manat və ya 77,2% artaraq 99 milyon 330 min manat təşkil edib. 2020-ci ilin 1-ci yarısında Bankın faiz gəlirləri 202 milyon 225 min manat, qeyri-faiz gəlirləri isə 60 milyon 407 min manat təşkil etmişdi.

 

Bütün xəbərlər