Bu Bankın əməliyyat xərcləri artıb - Hesabat

12:31 - 29.07.2021


29 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Beynəlxalq Bankı 2021-ci ilin 1-ci yarısı (yanvar-iyun dövrünü) ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bankın sözügedən dövrdə müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 16 milyon 687 min manat, qiymətli kağızlar üzrə faiz gəlirləri isə 11 milyon 879 min manat artıb.

2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 52 milyon 128 min manat artmasına qarşılıq ABB-nin əməliyyat xərcləri (cəmi faiz və qeyri-faiz xərcləri) 22 milyon 850 min manat artıb. Qısası, gəlirlərin artması xərclərin artmasını 2 dəfədən çox üstələyib.

Nəticədə, ABB-nin əməliyyat mənfəəti 29 milyon 276 min manat artaraq 164 milyon 374 min manat təşkil edib. 2020-ci ilin 1-ci yarısında ABB-nin əməliyyat mənfəəti 135 milyon 97 min manat təşkil etmişdi.

 

Bütün xəbərlər