Azərbaycanın 8 milyard manatdan çox aktivləri olan bankı - Hesabat

14:17 - 29.07.2021


29 iyul, Fineko/abc.az. 30 iyun 2021-ci il tarixində ABB 8 milyard 856 milyon 3 min manat cəmi aktivlərə malik olub. Azərbaycan Beynəlxalq Bankı 2021-ci ilin 1-ci yarısı (yanvar-iyun dövrünü) ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Bank 2020-ci ilin sonunda 8 milyard 962 min 793 min manat cəmi aktivlərə malik idi.

Aktivlərin azalması əsasən borc qiymətli kağızlar üzrə öhdəliklərin azaldılması ilə əlaqədar olaraq nağd pul vəsaitlərinin azalması ilə bağlıdır.

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində ABB-də cəmi depozitlər 232 milyon 747 min manat artaraq 5 milyard 782 milyon 325 min manata, o cümlədən hüquqi şəxslərin (şirkətlərin) depozitləri 313 milyon 392 min manat artaraq 4 milyard 572 milyon 689 min manata çatıb.

Fiziki şəxslərin (əhalinin) depozitləri isə 80 milyon 644 min manat azalaraq 1 milyard 209 milyon 635 min manata.

 

Bütün xəbərlər