330x110
 

Bu qurumun xalis mənfəəti artıb – Hesabat

29.07.2021,15:03


29 iyul, Fineko/abc.az. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2020-ci ili 352,962 milyon manat mənfəətlə başa vurub.

ABC.AZ-ın ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 8,2% çoxdur.

Belə ki, ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın gəlirləri 875,362 milyon manat (əvvəlki illə müqayisədə 24,55% az), xərcləri isə 522,4 milyon manat (37,35% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Aktivlərə gəlincə bu il yanvarın 1-nə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın aktivləri 3 445,444 milyon manat olub. Bu da 1 il əvvələ nisbətən 11,1% çoxdur.

Müəllif: Elmir Murad