330x110
 

“Bank Respublika” gənclər üçün “İT Təcrübə Proqramı”na start verdi

29.07.2021,15:59


29 iyul, Fineko/abc.az. Ölkəmizdə informasiya texnologiyalarına böyük önəm verən və gənclərdən ibarət komandaya malik “Bank Respublika” ASC İT sahəsində baza biliklərə malik gənclər üçün 3 aylıq “İT Təcrübə Proqramı”na start verib.

Proqramda iştirak etmək üçün aşağıdakı tələblər var:

- Ali təhsil (İT istiqamətləri üzrə təhsil arzuolunandır);

- Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);

- Analitik düşüncə qabiliyyəti;

- Məsuliyyətlilik, operativlik, dəqiqlik;

- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;

- Gülərüzlülük, səbirlilik və məqsədyönümlülük;

- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;

- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Əgər Siz də Bankın illər ərzində əldə eydiyi təcrübə və uğurlara şərik olmaq və yeni nailiyyətlərə öz imzanızı atmaq istəyirsinizsə proqrama qoşulun!
Proqramda iştirak etmək istəyənlər 25 avqust 2021-ci il tarixinə qədər CV-ni [email protected] ünvanına, mövzu hissəsində “İT Təcrübə” yazmaqla göndərə bilərlər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Açar sözlər: Bank Respublika