330x110
 

Aparıcı faktorinq şirkətinə yeni səhmdarlar gəlib

29.07.2021,16:01


29 iyul, Fineko/abc.az. “Azərbaycanın aparıcı faktorinq şirkəti “Ferrum Kapital” QSC-yə 2 yeni səhmdar gəlib.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar 68% payla Qafar Dəmirçi və 23% payla Məhəmməd Həbibzadədir. Əvəzində digər səhmdarlar – “Ferrum Kapital”ın daxil olduğu “AQA Şirkətlər Qrupu” QSC payını 72,5%-dən 4,5%-ə, “Vesta Konsaltinq” MMC isə payını 27,5%-dən 4,5%-ə endirib.

Xatırladaq ki, “Ferrum Kapital” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Q.Dəmirçi “AQA Şirkətlər Qrupu”nun sahibi Aydın Dəmirçinin oğludur.