Yoluxanlar azaldı - Ölənlər artdı

17:17 - 29.07.2021


29 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 615 yeni yoluxma hadisəsi aşkarlanıb. Ötən gün isə 750 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 342548 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 181 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 332574 nəfər təşkil edir.

Sutka ərzində Azərbaycanda koronavirusdan 5 nəfər vəfat edib, COVİD-19-dan ölənlərin ümumi sayı isə 5019 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 10423 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 4 014 073 test edilmişdir.

 

Bütün xəbərlər