Bir gündə bu qədər vaksin vurulub

17:27 - 29.07.2021


29 iyul, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 84 247 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, birinci mərhələdə peyvənd olunanların sayı 46 638, ikinci mərhələ üzrə 37 609 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 798 286, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 777 752, ikinci mərhələ üzrə isə 2 020 534 nəfər təşkil edir.

 

Bütün xəbərlər