Azərbaycan İnvestisiya Şirkəti İsrailin şirkəti ilə müqavilə imzaladı

10:07 - 30.07.2021


30 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC İsrailin “OurCrowd” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

O qeyd edib ki, sənəd əsasında startap layihələrinə sərmayə yatırımları və İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübələrinin ölkəmizə transferi həyata keçiriləcək.

Yeni əməkdaşlıq istiqaməti ölkəmizdə innovativ ekosistemin qurulmasına töhfə verəcək.

 

Bütün xəbərlər