Bu aviaşirkət biletlərə endirim başlatdı

10:51 - 30.07.2021


30 iyul, Fineko/abc.az. 2021-ci il Türk Hava Yolları Azərbaycan uçuşlarının 30-cu ilidir.

Şirkətdən ABC.AZ-a daxil olmuş məlumata görə, 30 İyul tarixində planlanmış 1 günlük kampaniya çərçivəsində 30 fərqli şəhər üçün 30% endirim nəzərdə tutulub.

Belə ki, eyni tarixdə eyni istiqamətə ediləcək iki nəfərlik səyahətlərdə hər ikinci biletə 30% endirim tətbiq ediləcəkdir.

 

Bütün xəbərlər