Azərbaycanın ən çox ixrac həyata keçirən şirkətləri - Siyahı

11:12 - 30.07.2021


30 iyul, Fineko/abc.az. “İxrac icmalı”nın iyul sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-iyun ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2021-ci ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda  "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Local Garden” MMC, "P-Aqro" MMC, "Baku Steel Company", "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Fruitland" MMC  və “Agro-Land-Az” QSC-dir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər