Pomidor Azərbaycanın əsas ixracını təşkil edir - Hesabat

12:02 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Normallaşma prosesinin davam etdiyi dövrdə iyun ayı üzrə xarici ticarət həcmi 2.4 milyard dollar olmaqla, mövcud dövr ərzində ölkə üzrə ixrac 1,4 milyard dollar, idxal isə 997,1 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu statistik rəqəmlər “İxrac icmalı”nın iyul sayında təqdim olunub.

Bəhs olunan sayda qeyri-neft sektoru üzrə ixracda artım 33.7 faiz təşkil etməklə 254,9 milyon dollar olub. Habelə, iyun ayında qeyri-neft ixracının ümumi ixracda payının təxminən 20 faizə yaxınlaşmasını da əlamətdar hadisə kimi qeyd edə bilərik.

2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (123.6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (121.9 milyon ABŞ dolları), qızıl isə üçüncü (107.9 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər