Peyk xidmətlərindən ölkəmiz nə qədər qazanıb?

12:29 - 30.07.2021


30 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 22 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu “İxrac icmalı”nın iyul sayı təqdim olunub. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

2021-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 2.6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

 

Bütün xəbərlər