Altı ayda banklar bu qədər mənfəət vergisi ödəyib

15:02 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Azərbaycanın bank sektoru 2021-ci ilin ilk 6 ayını 366 milyon manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev bildirib.

O qeyd edib ki, sözügedən dövrdə bankların əməliyyat mənfəəti 502 milyon manat təşkil edib.

Cari ilin 6 ayı ərzində banklar tərəfindən 62,8 milyon manat mənfəət vergisi ödənilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər