"ASB Bank"ın depozit portfelində manatın payı azalır

15:46 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Azərbaycan Sənaye Bankının (ASB Bank) depozit portfelində manatın payı azalmaqdadır.

ABC.AZ banker.az-a istinadən xəbər verir ki, bu barədə ASB Bankın yarımillik maliyyə hesabatında deyilir.

Hesabata görə, 615.06 milyon manatlıq müştərilərdən cəlb etdiyi depozitlərin (illik müqayisədə 6.1% azalıb) 254.23 mln. manat ekvivalenti ABŞ dollarındadır. Bu da portfeldə 41.33% paya sahib olması deməkdir. Öncəki ilin eyni dövründə ABŞ dollarının payı 39% idi.

Portfelin milli valyutada 106.93 mln. manatı olmaqla payı 17.3% (öncəki ildə: 21.8%), avroda 61.11 mln. manat ekvivalentində olmaqla 9.9% (12.7%) və digər valyutada 192.79 mln. manat ekvivalentində olmaqla 31.3% (26.5%) təşkil etmişdir.

 

Bütün xəbərlər