Şuşada nə vaxtdan yaşayış başlayacaq?

16:08 - 30.07.2021


30 iyul, Fineko/abc.az. “2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə şəhərin ərazi planlaşdırılma layihələrinin təqdimatında bildirilib.

Qeyd olunub ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır.

Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliknika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq.

 

Bütün xəbərlər