Altı ayda mehmanxanalardakı gecələmələrin sayı açıqlanıb

16:35 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan mehmanxanalarında gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 % artaraq 694,7 min olub.

ABC.AZ bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, gecələmələrin 51,7 %-i Bakıda, 8,5 %-i Qəbələdə, 5,7 %-i Qusarda, 5,2 %-i Qubada, 4,9 %-i Lənkəranda, 4,2 %-i Şabranda, 3,6 %-i Xaçmazda, 2,8 %-i Naftalanda, 2 %-i Şamaxıda, 1,6 %-i Mingəçevirdə, 1,2 %-i Naxçıvan Muxtar Respublikasında, 1,1 %-i Masallıda, 0,8 %-i Gəncədə, 0,7 %-i Qaxda, 0,6 %-i Zaqatalada, 0,5 %-i Şəmkirdə və 4,9 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

 

Bütün xəbərlər