Azərbaycandan xaricə təbii qaz satışı artıb

10:55 - 2.08.2021


2 avqust, Fineko/abc.az. Cari ilin ilk 6 ayında Azərbaycandan xaricə təbii qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur.

ABC.AZ Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 4,7 milyard kubmetr, Avropaya təqribən təxminən 3,2 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edilib.

Həmin dövrdə “Bakı-Tbilisi-Ceyhan” boru kəməri sisteminə 50,5 milyon kubmetr qaz verilib.

 

Bütün xəbərlər