Cari ildə qızıl və gümüş hasilatında artım olub

11:53 - 2.08.2021


2 avqust, Fineko/abc.az. “AzerGold” QSC cari ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 16 faiz, gümüş hasilatında isə 9 faiz artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə məlumat verilib.

Bununla yanaşı, 25,4 min unsiya qızıl, 56,1 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsaitin həcmi 46,9 milyon ABŞ dolları (79,7 milyon manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6,8 faiz çoxdur.

 

Bütün xəbərlər