AzerGold ölkə iqtisadiyyatına 657 mln manatdan çox vəsait cəlb edib

12:06 - 2.08.2021


2 avqust, Fineko/abc.az. “AzerGold” fəaliyyət göstərdiyi dövr ərzində 254,5 min unsiya qızıl və 456,3 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 657 milyon manatdan çox vəsait cəlb edib.

ABC.AZ xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə məlumat verilib.

Qeyd olunub ki, bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,1 faizi həcmində vəsait ayrılıb.

Bununla belə, şirkət qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıb.

 

Bütün xəbərlər