330x110
 

Deputat Eldəniz Səlimov etdiyi əməli etiraf edərək üzr istədi

02.08.2021,14:14


2 avqust, Fineko/abc.az. Milli Məclisin İntizam komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimov etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.

ABC.AZ xəbər verir ki,  komissiya üzvlərinin hamısı Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Məsələ müzakirələrdən sonra parlamentin sabah keçiriləcək plenar iclasına tövsiyə olunub.