14:29 - 2.08.2021
2 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 115,3 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,7 mlrd. kubmetr və ya 23,2% çoxdur (tarixi maksimum 2018-ci ilin yeddi ayında 117,1 mlrd. kubmetr təşkil edib).
ABC.AZ apa-ya istinadən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında şirkət 298,2 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 46,4 mlrd. kubmetr və 18,4% çoxdur.
Qeyd olunur ki, hesabat dövründə qazın alışı xüsusən Almaniya (+42,2%), Türkiyə (+203,9%), İtaliya (+16,2%), Fransa (+6%), Serbiya (+118,1%), Rumıniya (+318,3), Polşa (+14,6) və Yunanıstan (+18,8%) və Bolqarıstan (+47%) hesabına artıb.
Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024