Ağstafa rayonunun yol tikintisinə pul ayrıldı – Sərəncam

15:32 - 2.08.2021


2 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Sərəncam imzalayıb.

Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisinə 2,2 milyon  manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı.

 

Bütün xəbərlər