330x110
 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 milyonu keçib

02.08.2021,16:26


2 avqust, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 041 622, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 924 126, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 496 təşkil edir.