330x110
 

Samuxda Xəstəxanasının tikintisi üçün tender keçirilir

02.08.2021,16:59


2 avqust, Fineko/abc.az. Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) üçün tender keçirir.

Tenderdə iştirak haqqı 300 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 20.08.2021 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30.08.2021 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 31.08.2021 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Əli Abbasov

Telefon: (994 12) 5651241