Ötən gün kəskin düşdükdən sonra neft qiymətləri cüzi azalır, Brent barel başına $72,82-dir

09:51 - 3.08.2021


3 avgust, Fineko/abc.az. Əvvəlki hərracların nəticələrinə görə, neft qiymətləri 3%-dən çox düşdükdən sonra çərşənbə axşamı zəif azalır.

Neft bazarında ehtiyat edirlər ki, Çin də daxil olmaqla, Asiya ölkələrində COVİD-19-un yeni, Delta ştammının sürətlə yayılması yeni karantin məhdudiyyətləri tətbiq etməyə məcbur edəcək ki, bu da iqtisadiyyatın bərpasını və neft tələbatını zəiflədəcək.

Saat 9:00-da London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi 0,07 (0,10%) – barel başına 72,82 dollara düşüb. Avqustun 2 - də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $2,52 (3,34%) - bir barelə $72,89-a düşdü.

Saat 9:00-da Nyu-York əmtəə birjasının (NYMEX) baş tutmuş hərraclarında WTI-nin sentyabr ayının fyuçers qiyməti 0,07 (0,10%) - barrel başına $71,19-a düşüb. Avqustun 2-də ticarətin nəticələrinə görə, WTI-nin sentyabr fyuçersi 2,69 (3,64%) - barel başına 71,26 dollara düşdü.

 

Bütün xəbərlər