IMF dünya iqtisadiyyatının bərpasına 650 milyard dollar ayırır

10:00 - 3.08.2021


3 avgust, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (IMF) koronavirus (COVID-19) pandemiyasından sonra dünya iqtisadiyyatının bərpası üçün 650 milyard ABŞ dollarının ayrılmasını təsdiq edib.

ABC.AZ report-a istinadən xəbər verir ki , həmin vəsait avqustun 23-dən IMF-yə üzv olan bütün ölkələr arasında onların kvotalarına mütənasib paylanılacaq.

O cümlədən 275 milyard dollar inkişaf etməkdə olan bazarlar və gəlir səviyyəsi aşağı olan ölkələr üçün nəzərdə tutulub.

 

Bütün xəbərlər