Rusiya neftinin qiyməti qalxıb

10:19 - 3.08.2021


3 avgust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Rusiyanın "Urals" markalı ixrac neftinin bir barelinin orta qiyməti 64,68 ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 60,3% çoxdur.

ABC.AZ apa.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında bu göstərici 40,34 dollar təşkil edib.

Qeyd olunur ki, bu ilin iyul ayında “Urals”ın bir barel üçün orta qiyməti 72,17 dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (2020-ci ilin iyul ayında sözügedən göstərici 43,91 dollar olub) 64,4% (1,6 dəfə) çoxdur.

 

Bütün xəbərlər