SOCAR fermerlərə dəstək üçün yeni layihəyə start verib

10:39 - 3.08.2021


3 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə tərəfdaşları ilə birlikdə daha bir sosial layihəyə start verib.

Bu barədə ABC.AZ SOCAR-a istinadən məlumat verir.

“ProFarms” adlanan layihə regionlarda boru kəməri boyunca yaşayan kənd sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və kiçik sahibkarlıq ekosisteminin inkişafının təmin edilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində şəhid ailələrinə, Vətən müharibəsi veteranlarına, yerli aztəminatlı ailələrə, təqaüdçü və ehtiyatda olan hərbçilərə müxtəlif növlü yardımların göstərilməsi nəzərdə tutulur.

2023-cü ilin fevral ayına kimi davam edəcək layihə Kürdəmir, Ağdaş, Ucar və Yevlax rayonlarında yerləşən 20 kəndi və 200 fərdi fermer təsərrüfatını əhatə edəcək. “Profarms” layihəsi çərçivəsində dəstəklənəcək kəndli fermerlərin 50%-ini qadınlar təşkil edir.

 

Bütün xəbərlər