Azəriqaz “Açıq mikrofon” aksiyasına başlayır

11:09 - 3.08.2021


3 avgust, Fineko/abc.az. Avqustun 4-dən etibarən “Azəriqaz” İB “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək. Eyni zamanda, buna “Açıq mikrofon” aksiyası da demək olar.

Bu barədə ABC.AZ-a İB-dən məlumat verilib.

Qeyd olunur ki, vətəndaşlar “Açıq mikrofon” vasitəsilə dilə gətirdiyi problemlər birbaşa “Azəriqaz” İB-nin baş direktoru və müavinləri səviyyəsində dinləniləcək və həlli üçün müvafiq göstərişlər veriləcək, icrasına birbaşa nəzarət olunacaq.

“Səyyar qəbul otağı” ilk olaraq Suraxanı rayonu Hövsan qəsəbəsindəki yeni yaşayış massivində (Ucuzluq marketin yanı) reallaşacaq.

Bu ərazidə yaşayan sakinlər avqust ayının 4-də saat 10:00-dan 13:00-a qədər “Açıq mikrofon”umuzun imkanlarından istifadə edə bilərlər.

 

Bütün xəbərlər