330x110
 

Baş Prokuror polisi döyən deputatdan danışdı

03.08.2021,11:41


3 avqust, Fineko/abc.az. Bu gün deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi ilə bağlı Milli Məclisin növbədənkənar iclası keçirilir.

ABC.AZ xəbər verir ki, iclasda Baş Prokuror Kamran Əliyev də çıxış edib.

Baş Prokuror çıxışı zamanı qeyd edib ki, “Bütün dünya təhlükəli olan COVİD pandemiyası ilə üzləşib. Azərbaycanda ölkə Prezidenti, bütün dövlət qurumları tərəfindən uğurlu siyasət aparılır. Bu sahədə çətin məsuliyyət DİN əməkdşalarının üzərinə düşür. Onlar da bu sahədə səmərəli fəaliyyət göstərirlər. Təəssüflər olsun ki, Milli Məclisin deputatı 29 iyulda qohumuna məxsus kafeyə gəlib və ondan sonra isə hadisə baş verib. Artıq cinayət işi başlanılıb. Polis zabiti dərhal hadisə ilə bağlı rəhbərliyinə məlumat verib. Tərəfimizdən ilikin araşdırma aparılan zaman fakta görə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub Ona görə də Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi zəruridir”.