330x110
 

Rusiyada son sutkada 788 nəfər koronavirusdan vəfat edib

03.08.2021,12:13


3 avqust, Fineko/abc.az. Rusiyada son sutka ərzində daha 22 010 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 334 195 nəfərə çatıb.

Son sutka ərzində 788 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 160 925 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.