BP bu ilin I yarısında 8 milyard dollara yaxın xalis mənfəət əldə edib

12:26 - 3.08.2021


3 avqust, Fineko/abc.az. Böyük Britaniyanın aparıcı enerji şirkəti “British Petrolium” (BP) bu ilin I yarısında 7,783 milyard ABŞ dolları məbləğində xalis mənfəət əldə edib. Halbuki, şirkət ötən ilin eyni dövründən 21,213 milyard dollar zərərlə çıxmışdı.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, yanvar-iyun aylarında BP-nin gəlirləri 74,09 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 43% çoxdur.

Hesabat dövründə BP-nin neft ekvivalentində sutkalıq karbohidrogen hasilatı 11,3 % azalaraq 3,242 milyon barel olub. Şirkət bu ilin III rübündə karbohidrogen hasilatı həcminin II rübün göstəricisindən çox olacağını gözləyir. Bu, mövsümü təmir işlərinin bitməsi və iri layihlərin aktivləşməsi ilə əlaqələndirilir.

 

Bütün xəbərlər