330x110
 

Valyuta hərracında banklar 43,6 milyon dollar əldə etdilər

03.08.2021,12:30


3 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 3-də baş tutmuş valyuta hərracında banklara $43,6 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $43,6 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.