330x110
 

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilidi

03.08.2021,14:01


3 avgust, Fineko/abc.az. Bu gün Milli Məclisdə növbədənkənar keçirilən parlament iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

ABC.AZ xəbər verir ki, səsvermə zamanı deputatlardan 98 nəfər məsələnin lehinə səs verib, bir nəfər bitərəf qalıb, bir nəfər isə səsvermədə iştirak etməyib. Təklifin əleyhinə səs verən olmayıb.

İclasda həmçinin Baş prokuror Kamran Əliyev və prokurorluğun əməkdaşları iştirak ediblər.