Azərbaycanda "Aİ-98" markalı benzin bahalaşıb

14:03 - 3.08.2021


3 avqust, Fineko/abc.az. Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata yüksəlib.

Bunu Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli də təsdiqləyib.

Bahalaşmaya səbəb, məhsulun alış qiymətinin artması qeyd olunur.

Qeyd edək ki, Azərbaycan "Aİ-98" benzinini istehsal eltmir, bu markalı yanacaq ölkəyə idxal edilir.

 

Bütün xəbərlər