Avropa İttifaqının antiböhran fondundan ilk vəsait ayrılıb

16:27 - 3.08.2021


3 avgust, Fineko/abc.az. Avropa Komissiyası koronavirus (COVID-19) pandemiyasının nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqının yaratdığı antiböhran fondundan 3 milyard avro məbləğində ilk vəsaitin ayrılmasına qərar verib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Vəsaitin 770 milyon avrosu Belçikaya, 12,1 milyon avrosu Lüksenburqa, 2,2 milyard avrosu isə ilkin maliyyələşmə şəklində Portuqaliyaya veriləcək.

Beləliklə Belçika, Lüksemburq və Portuqaliya Avropa İqtisadiyyatının Bərpası Fondu (RRF) çərçivəsində ilkin maliyyələşmə alan ölkələr olub.

Avropa Komissiyasının son qiymətləndirməsinə görə, ayrılacaq vəsaitin ümumi məbləği 723,8 milyard avro olacaq.

 

Bütün xəbərlər