Rusiyada "Aİ-92" markalı benzinin birja qiyməti rekord həddə çatıb

17:17 - 3.08.2021


3 avqust, Fineko/abc.az. Rusiyanın Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında "Aİ-92" markalı benzinin qiyməti növbəti dəfə rekord vurub.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Bu gün benzinin hər tonunun qiyməti 0,3% artaraq 57 602 rubl təşkil edib.

Bundan əvvəlki rekord bu il iyulun 22-də qeydə alınıb. O zaman bu markadan olan benzinin dəyəri bir ton üçün 55 597 rubl olub.

 

Bütün xəbərlər