330x110
 

Neft ucuzlaşır, Brent bir barelə $72,39 təşkil edir

04.08.2021,09:55


4 avqust, Fineko/abc.az. Üçüncü sessiya ardıcıl olaraq azalma ilə, çərşənbə günü ticarət zamanı neftin etalon markalarının qiymətləri azalır.

Neft bazarında treyderlər, COVİD-19-un yeni, "Delta" ştammının sürətlə yayılması və yanacağa tələbatın zəifləməsi perspektivləri barədə danışırlar.

Saat 9:27-də London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi 0,02 (0,03%) – barel başına 72,39 dollara düşdü. Avqustun 3 - də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $0,48 (0,66%) - barel başına $72,41 qiymətinə düşüb.

Saat 9:27-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin sentyabr fyuçersinin qiyməti 0,19 (0,27%) – barrel başına 71,37 dollara düşüb. Avqustun 3-də baş tutmuş hərracların nəticələrinə görə, sentyabr ayına fyuçers $ 0,70 (0,98%) - bir barelə $70,56-a düşdü.