AÖS vasitəsilə aparılan əməliyyatların həcmi açıqlanıb

11:16 - 4.08.2021


4 avqust, Fineko/abc.az. 2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə 2021-ci ilin altı ayı ərzində həyata keçirilən ödənişlərin sayı 37 min ədəd, həcmi isə 97 mln. manat olub.

Mərkəzi Bankın verdiyi məlumata görə, Sistemin “AniPay” mobil tətbiqinin funksionallığının genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, bu il AÖS platformasında “QR kod” nağdsız ödəniş imkanı yaradılıb.

Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir.

Qeyd olunur ki, xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” ödəniş üsulundan istifadə daha effektiv hesab olunur.

 

Bütün xəbərlər