Mərkəzi Bank: Ödəniş kartlarının sayı 16% artıb

11:30 - 4.08.2021


4 avqust, Fineko/abc.az. Azərbaycanda ödəniş kartlarının sayında və nağdsız istifadə göstəricilərində müsbət dinamika müşahidə olunur.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.

Belə ki, 01.07.2021-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 10.4 mln ədəd təşkil etmiş və bu kartların 52%-i təmassız ödənişləri dəstəkləmişdir.

2020-ci ilin analoji dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 16%, o cümlədən təmassız kartların sayı 2.3 dəfə artıb.

Emissiya edilən ödəniş kartlarının 88%-i yəni 9.2 mln. ədədi debet kartlar, 12%-i yəni 1.2 mln. ədədi isə kredit kartları təşkil etmişdir.

 

Bütün xəbərlər