Yarım ildə nağdsız ödənişlərin həcmi 4,5 mlrd. manat təkil edib

11:42 - 4.08.2021


4 avqust, Fineko/abc.az. 2021-ci ilin I yarımili ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 22.3% artaraq 15.9 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 55.6% artaraq 4.5 mlrd. manat olmuşdur.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.

Qeyd olunur ki, ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2020-ci ilin I yarımili ilə müqayisədə 6% bəndi yüksələrək 28.1%-ə bərabər olmuşdur.

Ümumiyyətlə, hesabat dövründə ödəniş kartları ilə aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağd əməliyyatlar təşkil etməkdədir. Ötən ilin I yarım ilində bu göstərici müvafiq olaraq 22 və 78 manat təşkil edirdi.

 

Bütün xəbərlər