Mərkəzi Bank: Elektron ticarət əməliyyatlarının sayı 40% artıb

11:48 - 4.08.2021


4 avqust, Fineko/abc.az. 2021-ci ilin I yarımilində elektron ticarət əməliyyatlarının sayı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40.3% artaraq 43.2 mln. ədəd, həcmi isə 35.6% artaraq 2.4 mlrd. manat olmuşdur.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.

Qeyd olunur ki, təsərrüfat subyektlərində 2021-ci ilin I yarımili ərzində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 42.7 mln. ədəd, həcmi isə 85.3% artaraq 1.8 mlrd. manat olmuşdur.

POS-terminallarla aparılan təmassız ödənişlərin sayı və həcmi isə 2020-ci ilin I yarımil göstəricilərini müvafiq olaraq 4.2 və 6.6 dəfə üstələmişdir.

 

Bütün xəbərlər