Ölkədə POS-terminal və bankomatların sayı artıb

11:57 - 4.08.2021


4 avqust, Fineko/abc.az. 01.07.2021-ci il tarixinə ölkədə 2867 bankomat, 60381 ədəd POS-terminal mövcud olmuşdur ki, qeyd olunan göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və 8.1% artım deməkdir.

Bu barədə ABC.AZ Mərkəzi Bankın məlumatına istinadən xəbər verir.

Bildirilir ki, 01.07.2020-ci il tarixinə təmassız ödənişləri qəbul edən POS terminalların sayı ümumi POS-terminalların 52.9%-ni təşkil etdiyi halda, cari ilin müvafiq dövrünə bu göstərici 64.9% olub.

Ödəniş terminalların, o cümlədən bankomatların sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarımilinin sonuna banklar tərəfindən quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 8% artaraq 2867, ödəniş terminallarının sayı isə 17% artaraq 1978 ədəd ədəd təşkil edib.

 

Bütün xəbərlər