Mərkəzi Bank rəqəmsal bankçılıq üzrə statistik göstəriciləri açıqlayıb

12:17 - 4.08.2021


4 avqust, Fineko/abc.az. 01.07.2021-ci il tarixinə ölkədə fəaliyyət göstərən 26 bankdan 24-ü tərəfindən internet bankçılıq, 22-si tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunub. Hesabat dövründə rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır.

Bu barədə ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Belə ki, 2021-ci ilin I yarımili ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 25.5 mln. ədəd, həcmi isə 93.3 mlrd. manat təşkil edib.

Aparılan köçürmələrin say üzrə 76%-i (19.3 mln. ədəd), həcm üzrə isə 70%-i (64.9 mlrd. manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.

2021-ci ilin I yarımili ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötən ilin analaoji dövrü ilə müqayisədə 58.5%, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin həcmi isə 2.4 dəfə artaraq müvafiq olaraq 59 mlrd. və 1.6 mlrd. manat olmuşdur.

 

Bütün xəbərlər