Bakının ictimai iaşə dövriyyəsi 3,8% azalıb

14:36 - 4.08.2021


4 avqust, Fineko/abc.az. Cari ilin 6 ayında paytaxtın ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq 233,9 milyon manat olub.

Bu barədə ABC.AZ Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir.

Bildirilir ki, hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,7 faiz artaraq 201,6 milyon manat təşkil edib.

 

 

Bütün xəbərlər